Читаем Leyli və Məcnun полностью

Məşhur söz ustası, o söz LoqmanıBöylə tamamlayır bizim dastanı:O xırmanı yanmış alışıb söndü,Göz yaşından olan xırmana döndü.Insafsız fələyin əl dəyirmanıÜyüdüb apardı haman xırmanı.Çünki, zəif düşdü get-gedə bədən,Daha gücsüz oldu o əvvəlkindən.Canı ayağından dodağa çatdı,Günü axşam olub zülmətə batdı.Sızlayıb ahları göyə yüksəldi,Torpaq gəlininin yanına gəldi.O hasarlı qəbrə üz qoyub yatdı,Gəmisi bulanıq bir suya batdı.Xəstə qarınca tək başı fırlandı,Yaralı ilan tək qıvrılıb yandı.Iki-üç beyt dedi qəmlə, möhnətlə,Iki-üç göz yaşı, tökdü həsrətlə.Sonra da göylərə tutub üzünü,Əl açıb o zaman yumdu gözünü:«Ey bütün aləmi qurub xəlq edən!Səni əzizinə and verirəm mən,Al dərdli canımı ya pərvərdigar!Məni sevgilimin yanına apar!Bu canı bərklikdən özün azad et,Apar o dünyaya könlümü şad et».Deyib bu sözləri, baş qoydu yerə,Qəbri qucaqladı o birdən-birə.Cananın qəbrini öpdükdən sonra,Dost! — deyib, canını tapşırdı ona.Keçdi bu körpüdən axır ki, o da,Bu yoldan keçməyən varmı dünyada?Elə bir yoldur ki son başı ədəm,Onun bəlasına düşəcək aləm…Belə uçurumu olan ruzgarda,De, kimin həyatı qalmayır darda?Deyin, tüstülənib yandıqca ruzgar,Onda qovrulmayan bir yaramı var?Hər yara üstündə qəm damğası var,Zülmün dırnağıyla didilir onlar.Ey çolaq eşşəyi bu dəyirmənin,Üzün kəhrəbadan sarıdır sənin.Uzaqlaş fırlanan bu dəyirmandan,Çıxmaz azadlığa onunla insan.Bir evdə olduqca sel təhlükəsi,Qalx ki, yaxınlaşır o selin səsi.Hələ sındırmamış körpünü fələk,Dəvəni körpüdən kənara tez çək!Dünyanın göbəyi yellə doludur,Yel də ki, bir heçdir, heçlik yoludur.Yelə bağlı olan bu diriliyəÇox da bel bağlama dirilik deyə.Tələs ki, rahatlıq getdi dünyadan,Çox yavaş sürmə ki, getmişdir karvan.Qan içən bu yeddi başlı əıdahaDövrəndə ilandır, açılmaz daha.Özünə bir diqqət yetirsən əgər,Bürümüş dövrəni bu əıdahalər.Bu qoca dünyanı zənn etmə fağır,Qarı görünsə də, bir əıdahadır.Bu dünya oğrudur, köçünü tez çək,Bu cığal oyunçu daş gizlədəcək.Gəl əyri vurma ki, sən mümkün qədər,Əyri zərbələrin özünə dəyər.Qorxma öz könlünü elə abadan,Yaqut ye, zərrəcə qorxma vəbadan.Ağalıq atından aşağıya en,Bir zəiflik göstər acizliyindən.Taki əcəl şiri can alsa yenə,Baxıb rəhmi gəlsin acizliyinə.Təkəbbürlü gəzmə, bu işdən əl çək,Bil ki, sənin yemin deyil bu çörək.Torpaqdan məhəbbət kəsmək gəzirsən,Deyəcəyəm deyib, heç dinməyirsən,Sinə düyünləyən bu qıfıl ki, var,Qızılı xəznənin qarnında saxlar.Qıtlıqdan istərsən ölsün bu qarıTaki sənə qalsın ev qızılları.Gözə görünməmiş o bir hümadır,Gözə göründümü, bir əıdahadır.Düşəndə məhbəsə aqil bir adamBaxıb yol axtarar qaçmağa müdam.Dünya məhbəsində tutmusan qərar,Sən ki, yol bilənsən, durma, yol axtar!Bu işin dərmanı tapılar, şəksiz,Bu yükün cövrünü çəkməliyik biz.Gözündə işıq var, qəlbində qüvvət,Boş ki, yaratmamış səni təbiət.Özünü zənn etmə zəif bir çıraq,Bil ki, zinət alır səndən yeddi bağ,Fələyin üstündə vilayətin var,Himayən altında durur varlıqlar.Səcdə edənlərin Səlcuqisən sən,Bir də son vücudun mirası sənsən.Fələk kimi olan boyuna bir bax,Saxla qiymətini, vüqar qalacaq.Sarılma torpağa, o, tozdur, inan!Uyma təbiətə, od çıxır ondan,Sən öz mərtəbəndə otursan əgər,Bil, ucalar başın göylərə qədər.Dağ kimi, qaçırma başını seldən,Sillə yesən belə, üz döndərmə sən.O nalını salan daşı al ələ,Qaldır, öp: «Nə gözəl ləlsən» söylə.S əninlə qaynayan sirkəni su tək,Gözünü yumaraq içəsən gərək!Bu yol, bir vəfayla başa vurular,Ondan vəfa ilə qurtarmaq olar.Çox içən adamlar bədxumar olar,Yaxşı içənlər də xoşgüvar olar.Axar sular kimi sən də sakit ax,Axdığın yerlərdə xoşlansın torpaq.Bil ki, su nohurdan içilsə əgər,Sərin ola bilməz axar su qədər.Varlıq dünyasıdır torpağın, gerçək,Dünyaya pərəstiş etmə torpaq tək.Dünya gedərgidir, dalınca getmə!Qalmayacaq şeyə sitayiş etmə!Məcnun ki, dünyadan heçliyə vardı,Dünya töhmətindən canı qurtardı.Gəlin beşiyinə qoydu özünü,O yuxuya gedib yumdu gözünü.Bu fani dünyada öldü möhnətdən,Köçüb o dünyaya, qurtardı dərddən.Torpaqlar onu da qoynuna aldı,Bir ay, bəlkə bir il o halda qaldı.Qəbrin dövrəsində bir böyük dəstəVəhşi dayanmışdı gözü yol üstə.Şah kimi yatmışdı sarayında tək,Vəhşilər baxırdı keşik çəkərəkO hasarlı səhni bürüyüb onlar,Yuva düzəltmişdi orda heyvanlar.Baxıb vəhşilərə, can qorxusundanO qəbrin yanına gəlməzdi insan.Uzaqdan baxanlar görərdilər ki,Vəhşilər qaynaşır arılar təki.Zənn edirdilər ki, o qərib xəstəYenə də əyləşmiş o qəbrin üstə.Qılınc vuranlar da hər axşam, səhərŞahın sarayına keşik çəkirlər,Bilməyirdilər ki, şah qəbrə varmış,Tacla kəmərini külək aparmış.Məcnun — o canını eşqə xərc edən,Dürrünü torpağa basdırıb gedən
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики