Читаем Leyli və Məcnun полностью

<p>ŞAHZADƏNİN TƏRİFİ VƏ OĞLUMUN ONA TAPŞIRILMASI</p>Səhərin qırmızı gövhəri erkənZülmətdən bir işıq zahir edərkən,Mənim xəzinəmin gövhəri olan,O belimdən gələn, qəlbimə sultanÖz ata tacına gövhərlər saçdı,Şirvanşah oğlundan mənə söz açdı,Dedi: — Adamsızam, qırılmaz bağlaMəni şah oğlunun lütfünə bağla.Qoy onun əhdinə bağlanım bu dəm,O gənc bir ustaddır, mən öyrənənəm.Kərəmi kamala yetişən zamanDərs alsın o sənin kəlamlarından.O az yaşlıdırsa, bir hökmüdardır,Onda yenilməyən iradə vardır.Vətən göylərinin ulduzudur bu,Şahın vücududur-ölkənin ruhu.Yerlərin, göylərin Yusifidir tək,Zaman vəliəhdi bir odur, gerçək.Məclisi, büsatı, sevdası yeni,Padşah Mənuçehrin, bəlkə də, eyni.Bu iki dünyanın o can sirdaşı,Ağılda, idrakda şahların başı.Bu yeddi ölkəyə varis qəhrəman,Bu dörd gövhərin də sirrini açan.Böyük insanların gözlərinə nur,Şahlar namazının qibləsi odur.O, taca fəxrdir, taxta da zinət,Üzünə möhtacdır onun səadət.Şahzadə, güldükcə şərəfin, şanın,Açıldı gövhəri şah Axsitanın.Sübhün iki çalan rəngidir rəngin,Səndə şah qanı var iki ölkənin.Şahlığın bağında əkilən budur,Keyqubad nəslinin bir toxumudur.Şirvan bəzənmişdir əzəmətinlə,Xozan abadlaşmış ədalətinlə.Yeddi dairənin mərkəzində tək,Durub əyləşirsən, sən bir nöqtə təkTanrı sayəsində yaşayırsan sən.O səni saxlasın yaman gözlərdən.Mənim ümidim var böyük allaha,Öz zehnin, ağlınla səni bir dahaGöylərə qaldırsın o gülə-gülə,Çatasan dünyada hər təkamülə.Şah kitablarını öyrən dərindən,Dərs al aqillərin dediklərindən.Sandıqda gizlənmiş xəzinəni sənGöydə on dörd günlük ay tək görəsənBil ki, bu gəlinə yoxdur bir əvəz,Bu canı heç bir əhd yarada bilməz.Onun atasını görə bilməsən,Barı qardaşına hörmət saxla sən.Min bir nəvazişlə gətir yadına,Əbədi bir hörmət bəslə adına.Qoy oğlum heç kəsə möhtac olmasın,Heç kəsin əlində gözü qalmasın.Bununla qurtardım bu hekayəti,Olsun səadətin şahın dövləti.O göz, bu işıqla parlasın ancaq,Bu sərv o çəməndən düşməsin uzaq.Şaha arxalanmış sənin surətin,Düşmənin belini qırmış qüvvətin.Həyat bulağıyla Xızır yaşadı,Səninlə yaşasın şahlığın adı.Göydə nə qədər ki, səyyarələr var,Bu iki vücuddan işıq alsınlar.<p>MƏNİ İNKAR EDƏNLƏRDƏN ŞİKAYƏT</p>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики