Читаем Leyli və Məcnun полностью

Bir daş deyilsənsə, donub qalma sən,Çolaq deyilsənsə, diribaş tərpən!Keçənin üstünə vur ayağını,Təmizlə keçənin toz-torpağını.Daş-kəsək olsa da, keçdiyin bu yol,Rəqsində oynağan fələk kimi ol!Bağışla atını, sən get piyada,Sillələr yesən də, mərd ol dünyada.Bacarsan hamının yükünü sən çək,İnsana ən böyük şərəfdir kömək.Sən də əldən düşüb yorulsan əgər,Sənin də yükünü bütün el çəkər.Saqi, tünd qırmızı şərabdan gətir!Mənə həyat verib, murada yetir!Bir şərab gətir ki, canıma sinsin,Ömür təzələnsin, könül bəzənsin!<p>TƏVAZÖKAR OL!</p>Şikayət torundan çıx bundan belə,Öz acizliyini etiraf elə!Çıxılmaz bir dağdır-yoldaki əngəl,Çox da öz gücünə arxalanma gəl!Qalxanı deşilmiş bir gül ilə sənÇoxmu bülbül kimi öyünəcəksən?Yol qanad qırandır, neyləsin qanad?Qılınc qüvvəlidir, qalxanını at,Taki yüklü atın uçsun gülək tək,Qoy sənin payını artırsın fələk.Yaxşısı budur ki, atı da tərk et,Doğru bir yol tapıb, o yol ilə get.Bax ki, ay hilala döndüyü zamanCanını qurtarır parçalanmaqdan.Saqi, can boğaza dayandı, tez çat!Şərab qətrəsiylə ağzımı islat!Bir şərab gətir ki, içməmiş candır,İçəndən sonrasa, cana dərmandır.<p>XƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ</p>Arxayın oturma, köç vaxtıdır, qalx!Sən bu çaş gözünlə özünə az bax!Mənzilin çətindir, ayağın qabar,Bəs bu iş nə olsun, de, ey sənətkar!Ya çıx bir dəfəlik söz meydanından,Ya bağla qapını, gəlməsin zaman!Söhbət ki, qılıncı qınında saxlar,Sən də xəlvətcə tut qınında qərar.Boş səhifələrmi oldu həmdəmin?Çoxmu susuz yerdə üzəcək gəmin?Nizami, bu yolda Xızır kimi dur!Hər bulaq başında bir söz çadrı qur!Məcnun sövdasının sər çeşməsindənIç, doy sədəfdəki inci kimi sən.<p>DASTANIN BAŞLANGICI</p>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1840–1850-х годов
Поэты 1840–1850-х годов

В сборник включены лучшие стихотворения ряда талантливых поэтов 1840–1850-х годов, творчество которых не представлено в других выпусках второго издания Большой серии «Библиотеки поэта»: Е. П. Ростопчиной, Э. И. Губера, Е. П. Гребенки, Е. Л. Милькеева, Ю. В. Жадовской, Ф. А. Кони, П. А. Федотова, М. А. Стаховича и др. Некоторые произведения этих поэтов публикуются впервые.В сборник включена остросатирическая поэма П. А. Федотова «Поправка обстоятельств, или Женитьба майора» — своеобразный комментарий к его знаменитой картине «Сватовство майора». Вошли в сборник стихи популярной в свое время поэтессы Е. П. Ростопчиной, посвященные Пушкину, Лермонтову, с которыми она была хорошо знакома. Интересны легко написанные, живые, остроумные куплеты из водевилей Ф. А. Кони, пародии «Нового поэта» (И. И. Панаева).Многие из стихотворений, включенных в настоящий сборник, были положены на музыку русскими композиторами.

Антология , Евдокия Петровна Ростопчина , Михаил Александрович Стахович , Фёдор Алексеевич Кони , Юлия Валериановна Жадовская

Поэзия