Читаем Leyli və Məcnun полностью

Ey varlıq mülkünə böyük şahsüvar,Əqlin sultanısan, zəkavətin var.Sonusan o mürsəl peyğəmbərlərinSonun halvasısan, duzu əvvəlin.Varlıq bağçasının ilk gülü sənsən,Zamanın sonuncu sərkərdəsisən.Kifayət mülkünə sənsən hökmüdar,Vilayət hökmüdür verdiyin qərar.Hər kəs lovğalıqla çıxsa qarşına,Bir ədəb qılıncı enər başına.Gözlər işıq alır ayaq tozundan,Aləm işıqlanır daima ondan.Səndən işığını almayan bir şamSönər öz yeliylə, qaralar müdam.Ey qəbilələrlə aydın dil tapanVazeh dəlillərlə zərbə vuransanAllahın höccəti bütün səndədir,Səhərin sirri də o sinəndədir.Ey iki dünyanın saray ağası,O qabe-qövseynin mahir ustası,Ey sonsuz göyləri gəzib bac alan,Yetmiş min pərdənin üstə ucalan,Ey əqlin və canın fövqində duran,Sənə səcdə qılır yerlə asiman.Yer göyə dönmüşdür dininlə, gerçək,Yox-yox, döşəməndir bu sonsuz fələk.Ey altı cəhəti heyrətləndirən,Atını çapırsan yeddi göyə sən.Altı-yeddi min il keçir o andanKi, bu dəbdəbəni eşitmiş cahan.Hər əqlə süfrəndə bir nemətin varQapında qul kimi dayanar ruhlar.Ağıl sənsiz olsa, nə çıxar ondan?Sənsiz yaşayarsa ölüdür hər can.Öz adın oğluyun adıylə birdir.Aləm «Əbülqasım Məhəmməd» deyir.Ağıl ki, görünməz bir xəlifədir,Qüvvəti, qüdrəti sözlərindədir.Məhəmməd eşqiylə yanmasa ürək,Eşqin çəmənində açılmaz çiçək.Tanrı dostlarına sənsən şahsüvar,Yeddi göy üstündə bir məclisin var.Səxavət mülkünün sənsən ağası,Dünya məqsədisən, məqsəd dünyası.Mənalar mülkünün ilk qaynağısan,Dirilik suyunun baş bulağısan.Sənin torpağınla bəzəndi Adəm,Nurinlə parladı hər iki aləm.Sən ki, öz «atını» sürdün dövrana,O, yeddi atıyla çatmadı sana.Günəş can atırdı səcdənə, gerçək,Ona bəhanəydi məğribə getmək.Ulduzlar başına dolanır dəm-dəm,Yalnız bu arzuyla fırlanır aləm.Varlıq büsatında varmı bir insan,Qarşında olmasın yer ilə yeksan?Sənin iksirinlə rəngləndi torpaq,Bu dünya səninçin yaranmış ancaq.Böyüksən, qarşında kiçikdir hamı,Bütün möhtacların sənsən ilhamı.Kainat taxtının padişahısan,Həyat ölkəsinin şahlar şahısan.Yaşıl göy səninçin bir ordugahdır,Qəmzən bir fərmandır, hörüyün çadır.Bu beş vaxt namazdır əsli tövbənin,Beş növbə təblidir qapında sənin.Quruldu diniyin beş binövrəsi,Yüz min zülm evinin kəsildi səsi.Bu evə yeddi səqf yaratdın yenə,Tapşırdın onu da dörd xəlifənə.Siddiq sədaqətə olmuşdur rəhbər,Faruqi fərq-dən uzaq bildilər.O, allahdan qorxan həyalı qoca,Tanrının şiriylə həmdərs olunca,Dördü də bir yolun sarbanı oldu,Dördü də bir ləkin reyhanı oldu.Bu dörd xəlifəylə güldü məmləkət,Hər ev dörd divarla qurular, əlbət.Bu dördlük birləşdi qoca dünyada,Bu dördbucaq evi gətirdi dada.Sən, dinin evinə dörd dirək vurdun,Ona bu qaydayla dörd çatma qurdun.Sənin qaşın kimi haman dörd nəfərGah ayrı düşdülər, gah birləşdilər.Yerin əl bağlayan bu halqasındanBircə sıçrayışla ərşə qalxırsan.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Партизан
Партизан

Книги, фильмы и Интернет в настоящее время просто завалены «злобными орками из НКВД» и еще более злобными представителями ГэПэУ, которые без суда и следствия убивают курсантов учебки прямо на глазах у всей учебной роты, в которой готовят будущих минеров. И им за это ничего не бывает! Современные писатели напрочь забывают о той роли, которую сыграли в той войне эти структуры. В том числе для создания на оккупированной территории целых партизанских районов и областей, что в итоге очень помогло Красной армии и в обороне страны, и в ходе наступления на Берлин. Главный герой этой книги – старшина-пограничник и «в подсознании» у него замаскировался спецназовец-афганец, с высшим военным образованием, с разведывательным факультетом Академии Генштаба. Совершенно непростой товарищ, с богатым опытом боевых действий. Другие там особо не нужны, наши родители и сами справились с коричневой чумой. А вот помочь знаниями не мешало бы. Они ведь пришли в армию и в промышленность «от сохи», но превратили ее в ядерную державу. Так что, знакомьтесь: «злобный орк из НКВД» сорвался с цепи в Белоруссии!

Алексей Владимирович Соколов , Виктор Сергеевич Мишин , Комбат Мв Найтов , Комбат Найтов , Константин Георгиевич Калбазов

Фантастика / Детективы / Поэзия / Попаданцы / Боевики