Читаем Leyli və Məcnun полностью

<p>İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ</p></span><span>Bağın calalını yaradan ustaBöylə nəql edirdi dastan xüsusda:O gün ki, o bağa girdi aypara,Yaydı şəfəqini asimanlara.Gül sərvin başında dəstə bağladı,Gülün və gülabın alçaldı adı.Zəncir halqası tək biri-birinəKeçmişdi Leylinin saçları yenə.Yolda Bəni-Əsəd qəbiləsindənBir nəfər, Leyliyə rast gəldi birdən.Böyükdü ondakı vüqar və hünər,Ehtiram saxlardı ona ərəblər.Çoxdu qəbiləsi və qohumları,Hörmətlə keçərdi bütün ruzgarı.Xalq da baş əyərdi o gəncə müdam,Ona ad vermişdi bəxt-Ibn-Səlam.Gümüşlə, arxaydı ondakı hünər,Onu barmaq ilə göstərərdilər.O parlaq çırağı-Leylini görcək,Bir çarə tapmağa əsdi külək tək.Lakin o baxmadı heç də gərdişəKi, çıraq küləklə gəlməz sazişə.Vətənə qayıdıb, cumdu xəyala,Qəlbi can atırdı onun visala.Ayı qucaqlaya bilməmiş heç kəs,Bəlkə xəbərsizdi bu işdən o şəxs.Başında gəzirdi visalın dərdi,O pəri qızına elçi göndərdi.Istəyi buydu ki, getsin elçilər,Versin öz könlünü ona bu dilbər.Hiylələr düzəldib düşdü ayağa,Qızılı gül kimi tökdü torpağa.Min xəzinə yığıb göstərdi elə,Sürüsü, ilxısı səs saldı çölə.Könül ovçusuydu o gözəl mələk,Onun arxasınca elçi gedərək,Ələ gətirməkçin haman gəlini,Ata, anasının öpdü əlini.Ata da, ana da cüt əyləşdilər,Onlara xoş gəldi bu xeyir xəbər.Dedilər: «Başqa bir məsləhət olmaz,Ancaq ki, gözləmək lazımdır bir az.Çünki pərişandır bizim novbahar,Leylinin azacıq xəstəliyi var.Qoyun yaxşılaşsın, şadlanaq biz də,Kəbin kəsərsiniz o zaman siz də.Bu kəbin, qəlbaçan bu xeyir xəbərAllahın iznilə tez başa gələr.Hələlik dayanıb bir az səbr edin.Hələlik vədəylə şadlanıb gedin.Taki gül qonçası açsın bu taqda,Tikanlar çürüsün bu gözəl bağda.Qızıl boyunbağı taxıb boynuna,Verərik, sizinki olar bu sona».Bunu Ibn-Səlam eşidən zamanBilmədi neyləsin o şadlığından.Çapdı öz yurduna atını o dəm,Silindi könlündən qüssə ilə qəm.<p>NOFƏLİN MƏCNUNLA TANIŞ OLMASI</p></span><span>
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1840–1850-х годов
Поэты 1840–1850-х годов

В сборник включены лучшие стихотворения ряда талантливых поэтов 1840–1850-х годов, творчество которых не представлено в других выпусках второго издания Большой серии «Библиотеки поэта»: Е. П. Ростопчиной, Э. И. Губера, Е. П. Гребенки, Е. Л. Милькеева, Ю. В. Жадовской, Ф. А. Кони, П. А. Федотова, М. А. Стаховича и др. Некоторые произведения этих поэтов публикуются впервые.В сборник включена остросатирическая поэма П. А. Федотова «Поправка обстоятельств, или Женитьба майора» — своеобразный комментарий к его знаменитой картине «Сватовство майора». Вошли в сборник стихи популярной в свое время поэтессы Е. П. Ростопчиной, посвященные Пушкину, Лермонтову, с которыми она была хорошо знакома. Интересны легко написанные, живые, остроумные куплеты из водевилей Ф. А. Кони, пародии «Нового поэта» (И. И. Панаева).Многие из стихотворений, включенных в настоящий сборник, были положены на музыку русскими композиторами.

Антология , Евдокия Петровна Ростопчина , Михаил Александрович Стахович , Фёдор Алексеевич Кони , Юлия Валериановна Жадовская

Поэзия