Читаем Leyli və Məcnun полностью

LEYLININ IBN-SƏLAMIN EVINƏ KÖÇMƏSI

Günəş səhər-səhər yuxudan durdu,Çadrını göy rəngli gülşəndə qurdu.Gecə səyyarəsi alışıb yandı,Nil rəngli Dəcləyə tərəf yollandı.Sevincək yerindən sıçradı damad,Kəcavə bəzədi ürəyi çox şad.Elə ki, əyləşdi kəcavədə qız,Onu çox hörmətlə aparıb yalnız,Taxtını, tacını tapşırdı ona,Dedi, hakim olsun bu gözəl sona.Keçdi iki-üç gün, həya üzündənO mumu səbr ilə yumşaltdı, bilsən.Xurma ağacına bir gün əl atdı,Xurmalı budağa o əl uzatdı.Lakin, o, Leylidən bir zərbə aldı,Ağrıdan sustalıb yerində qaldı.Qızın silləsindən o birdən-birə,Cansız ölü kimi sərildi yerə.Qız dedi: «Bir daha belə iş görsən,Təqsiri məndə yox, özündə gör sən.Mənim surətimi qurub bəzəyənBöyük sənətkara and içirəm mən,Qanımı töksə də sənin inadın,Hasil olmayacaq məndən muradın».Bu and təsir etdi Ibn-Səlama,O da razılaşdı quru salama.Bildi ki, sevməyir onu bu nigar,Qəlbinin bambaşqa bir çırağı var.Lakin o məğrurluq üzündən yenə,Yox deyə bilmirdi öz ürəyinə.On dörd günlük o ay, o nazik bədənBunu da salmışdı eşqiylə əldən.Dedi: «Mən ki, düşdüm onun eşqinə,Uzaqdan da görsəm, bu bəsdir mənə.Quru bir baxışla şadlansam da mən,Bu xoşdur, ömürlük yad düşməyimdən.Dedi ki: — Qarşında çoxdur günahım,Keç bu təqsirimdən, ey qibləgahım.Quru tamaşana razıyam, inan,Namərdəm çəkilsəm bu iqrarımdan».O da ömr elədi, dözdü bu dərdə,Başqa təmənnası olmadı bir də.Həsrət içindəydi o bağ bəzəyi,Yollarda qalmışdı gözü, ürəyi.Bəlkə, xoş xəbərlə əsən bir küləkMəcnundan ona bir toz gətirəcək.Ağlaya-ağlaya döyüb köksünə,Çadırdan çıxardı yollar üstünə.Bülbüldən yaralı bir səsi vardı,O, sərxoşlar kimi addım atardı.«Aşiqim hardadır» söylədikcə qız,Öz incik ruhuyla yaşardı yalnız.Nə səbri qalmışdı, nə də qərarı,Dərddən axıtdıqca o göz yaşları,Onun gizli sirri düşdü dillərə,Eşqi günəş kimi güldü ellərə,Üzülməz qəmlərin sarsıntısındanƏr, ata qorxusu qalxmış ortadan.Sövda ki, soxulur insan ruhuna,Ər, ata qorxusu neyləyər ona?

LEYLININ ƏRƏ GETMƏSINDƏN MƏCNUNUN XƏBƏR TUTMASI

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1840–1850-х годов
Поэты 1840–1850-х годов

В сборник включены лучшие стихотворения ряда талантливых поэтов 1840–1850-х годов, творчество которых не представлено в других выпусках второго издания Большой серии «Библиотеки поэта»: Е. П. Ростопчиной, Э. И. Губера, Е. П. Гребенки, Е. Л. Милькеева, Ю. В. Жадовской, Ф. А. Кони, П. А. Федотова, М. А. Стаховича и др. Некоторые произведения этих поэтов публикуются впервые.В сборник включена остросатирическая поэма П. А. Федотова «Поправка обстоятельств, или Женитьба майора» — своеобразный комментарий к его знаменитой картине «Сватовство майора». Вошли в сборник стихи популярной в свое время поэтессы Е. П. Ростопчиной, посвященные Пушкину, Лермонтову, с которыми она была хорошо знакома. Интересны легко написанные, живые, остроумные куплеты из водевилей Ф. А. Кони, пародии «Нового поэта» (И. И. Панаева).Многие из стихотворений, включенных в настоящий сборник, были положены на музыку русскими композиторами.

Антология , Евдокия Петровна Ростопчина , Михаил Александрович Стахович , Фёдор Алексеевич Кони , Юлия Валериановна Жадовская

Поэзия