Читаем Leyli və Məcnun полностью

Bu gözəl dastanı bizə nəql edən,O iliyə qədər çürümüş bədənDedi ki: canandan uzaq düşən Zeyd,Qəlbinin başında min ağrı, min qeyd,Səbr ilə udardı bu ağır dərdi,Yazıq su yerinə qanlar içərdi.Onun bu sirrinə bələd qohumlarBir çarə tapmağı vermişdi qərar.Zorla alınmışdı o sevdiyi yar,Zeydə yoldaşları kömək durdular.Səbriylə gəldi Zeyd o dərdə üstün,İşinin düyümü açıldı bir gün.Aşkar olmasa da, gizli, bir təhərZeyd ilə o Zeynəb görüşürdülər.O, canan yanına getdikcə az-az,Qəlbin aynasından silinirdi pas.O təzə qönçəylə görüşən zamanAçıb söyləyirdi dərdini pünhan.Mehribanlıq dolu şirin dodaqlarGizli nəvazişlər elərdi izhar.Elin qaydasına uyğunlaşaraq,Quruca hal-əhval sorardı ancaq.Könüllər pak idi, saflıq duyardı,Ortada həyalı baxışlar vardı.Çarə tapmışdısa Zeyd öz dərdinə,Məcnunun qeydinə qalırdı yenə.Məcnunun dərdinə qalıb ürəklə,Çarə axtarardı min bir diləklə.Öz dərdi başından aşıb daşardı,Lakin Məcnun üçün çox çalışardı.Elə iş gördü ki, durduqca cahan,Afərin söyləyər hər xatırlayan.Səndən də yaxşılıq qalsa yadigar,O camal sənin də üzündə parlar,Bir çox sifətlər var insanda hələ,Almasan yaxşıdır onları dilə.Pis sözü ağzına alınca insan,Qarnında öldürsə yaxşıdır, inan.Bu dünya dolanıb, döndükcə ruzgar,Qoy səndən yaxşı söz qalsın yadigar.Səndən də, məndən də nə qalsa ancaq,Bil ki, kəndxudaya qismət olacaq,Köçdü Ibn-Səlam, getdi dünyadan.O quş bu qəfəsdən qurtaran zamanZeyd baş götürüb, yola çıxdı tək,Məcnunun yanına gəldi sevincək,Ölümün verdiyi acı qədəhdənMəcnuna tez xəbər yetirdi həmən«Arzu karvanıyın o yol vuranıSənin sağlığına tapşırdı canı.Artıq ölüb getdi bil Ibn-Səlam,Ömrə sən layiqsən, sən yaşa müdam»Məcnun bu löqməni ağzına aldı.Fələyin dövrünə bir nəzər saldıBir fəryad qopardı, nərə çəkərəkÇəkdiyi nərədən titrədi fələk.Gah rəqsə gətirdi onu həyəcan,Gah da öz şəklini gördü məzardan.Sevindi bu işə o bir cəhətdənGülün ətəyindən kəsildi tikən.O biri cəhətdən duyurdu ürək:Rəqibi öldüsə, o da öləcəkOdur ki, gülməyib, ağladı dərhal,Ağlamaq əmr etdi bu dəmdə kamal.Ağlayıb, ağlayıb, ağrılar uddu,Sonra Zeydə baxıb, acığı tutdu:«Sən, ey ürəyində bir nalə, min qəm,Baş ağrımı çəkmiş vəfalı həmdəm!Könüldə bir mətləb ummuşam səndən,Qulaq as, bu sirri açıq deyim mən:Bu günki varağı sən açıq, aydınOxuyub, ortada xəta buraxdın.Dedin ki: filankəs dünyadan getdi,Sənə öz canını sadağa etdi.Sevsəydin dostluğun düz peymanını,Deyərdin «Leyliyə verdi canını».Ona qismət olan bir tikə, inan,Mənim boğazımdan keçməz heç zaman»,Zeyd ona dedi ki: «Ay canım, burax;Leylini sevmisən sən ondan qabaq.O bərabər olan iki nəqşdən,Birini əksiltdin öz əlinlə sən.Aradaki fərqi sildin ortadan,Varağın birindən qoymadın nişan.Madam ki, nə mənlik, nə də sənlik var,İkilik rəqəmi mənasız olar.Mən də qaydalara aldanıb bu dəm,Mənə yaraşmayan bir söz demişəm.Yaxşı düşmədisə söhbətim, sözüm,Mən gedə bilərəm, incimə, gözüm!»Məcnun bu cavaba asdıqca qulaq,Zeydi qucaqlayıb dedi: — Sözə bax!Dedi: «Ey müsahib, dilinə əhsən!Ən xoş nəsimlərin ən gözəlisən!Nə gözəl danışdın, nə xoş söylədin,Mənə layıq oldu cavabın sənin.Nə gözəl, nə dürüst cavabların var,Bax belə danışar həmdərd olanlar!Cahanda hal əhli olsa bir nəfər,Onunla danışmaq dünyaya dəgər.Mən əhd etmişəm ki, nə qədər sağam,Səninlə daima dost olacağam.Nə qədər ömrüm var, səninlə varam,Neyləsən yolundan baş qaçırmaram.Daima dərs alıb dediklərindən,Səndən sirr saxlasam, kafir olum mən».Məcnunun qəlbində ayrılıq dərdi,Əmr tək Zeyd ilə ömür sürərdi,Aradan bir həftə gəlib ötüşdüBir gün ayrılığa bəhanə düşdü.Məcnun yuvasına yollandı yenə,Zeyd də qayıdıb getdi evinə.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1840–1850-х годов
Поэты 1840–1850-х годов

В сборник включены лучшие стихотворения ряда талантливых поэтов 1840–1850-х годов, творчество которых не представлено в других выпусках второго издания Большой серии «Библиотеки поэта»: Е. П. Ростопчиной, Э. И. Губера, Е. П. Гребенки, Е. Л. Милькеева, Ю. В. Жадовской, Ф. А. Кони, П. А. Федотова, М. А. Стаховича и др. Некоторые произведения этих поэтов публикуются впервые.В сборник включена остросатирическая поэма П. А. Федотова «Поправка обстоятельств, или Женитьба майора» — своеобразный комментарий к его знаменитой картине «Сватовство майора». Вошли в сборник стихи популярной в свое время поэтессы Е. П. Ростопчиной, посвященные Пушкину, Лермонтову, с которыми она была хорошо знакома. Интересны легко написанные, живые, остроумные куплеты из водевилей Ф. А. Кони, пародии «Нового поэта» (И. И. Панаева).Многие из стихотворений, включенных в настоящий сборник, были положены на музыку русскими композиторами.

Антология , Евдокия Петровна Ростопчина , Михаил Александрович Стахович , Фёдор Алексеевич Кони , Юлия Валериановна Жадовская

Поэзия