Ellik məclisinə verəndə ehsan,Şəhərdə badəsiz qalmasın insan.Səxavət buludu yağsın aləmə,Bütün vücudları gətirsin dəmə.Mey kimi tökülsün müzayiqəsiz.Gül kimi açılıb gülsün pərdəsiz.Parlasın aləmdə bir günəş qədər.Ondan işıq alsın sonsuz üfüqlər.Hər şeyi elliyə bağışla, gerçək,El borclu qalsa da, bu borcdan əl çək.Bütün insanlara sual ver bu dəm:Nə yolla yarandı boşluqdan aləm?Bir söz lazımdır ki, bağlı sirrlərAçılsın qönçə tək, şadlansın səhər.Baxın əlimdəki şirin şəkərə,Onu paylayıram nazəninlərə.Dünyaya səpirəm bu şirnini mən,Oğlum qulaq assın buna ürəkdən.Mən bütün bədənə yem verən zamanÖz ciyər param da pay alar ondan.Ey varlıq nəqşinin naziri olan,Qaldır əngəlləri idrak yolundan.Yolunda nə qədər canlılar vardır,Sənin varlığına pərəstişkardır.Boş təbli döyərək, hay-haray salma,Heç kəsin səsinə biganə qalma.Bir toz görünsə də hər zərrə əgər,Dünya pərdəsində o da iş görər.Göylərə yüksələn bu yeddi hasarZarafat deyildir, öz mənası var.Pərdə altındakı bu yeddi rəvaqLovğalıq deyildir, hekmətə bir bax.Qısa söz, dünyada nə sən, nə də mənOyuncaq deyilik xilqətimizdən.Nə şəhvət, nə yuxu, nə də ki, yeməkHəyatın mənası olmasın gərək.Yatmağı, yeməyi bu aləmdə sən,Eşşək, öküzdə də görə bilərsən.Təbiət quranda xilqətimizi,Başqa səhifədə yazmışdır bizi.Anlayıb, düşünək hər şeyi gərək,Hər sirri açmaqla hünər göstərək.Yerləri, göyləri öyrənək bir-bir,Qalmasın bizimçin açılmamış sirr.Görək, kim yaratmış bu təbiəti,O kimdir, işinin nədir hikməti?Bu varaq üstündə çəkilən hər xəttSənətkar əliylə yaranmış, əlbət.Qurğusu düz olan bu şeylər bir-birMahir bir ustada canlı şahiddir.Səni, öz adıyla düz yol göstərənO böyük allaha and verirəm mən,De, görüm, dünyada bir aynamı varKi, seyqəl verməsin ona sənətkar?Seyqəlsiz bir ayna olmaz dünyada,Hər sənət bir ustad gətirir yada.Həqiqət gözüylə xəyala varsan,Hər şeydə qüdrətdən nişan taparsan.Baxma ki, nə yolla yaranmış onlar,Sənin gözlərində bu qüdrətmi var?!Hər şey öz-özünə necə düzəldi,Bax, nə cür kainat əmələ gəldi?Qoy, sənə şübhəsiz olsun aşikar,Onun başqasına ehtiyacı var.Rəsm işi rəssama düşdüyü zamanMən qaxıncdan çıxdım, sən avamlıqdan.Dünyada gördüyün hər incə sənətAllah əsəridir, ondadır qüdrət.Bax, bu ipək rəngli yeddi pərdədənÜzsən ayağını, daş yeyəcəksən.Bu pərdə dalında o sirrlər ki, var,Zənn etmə, çalışsan məlumun olar.Xilqətin sirrini az ara, az gəz,O, adi gözlərlə görünə bilməz.Elə toxunmamış bu ip əzəldənKi, onun ucunu tapa biləsən.Tanrı qüdrətiylə düyüm bağlayanBu ipi açmamış, açammaz insan.Bu tanrı dastanı necə dastandır?Ağıl sahibləri ona heyrandır.Xilqətin sirrini bilsə bir nəfər,Bu qoca dünyanı o da xəlq edər.Acizik aləmi yaratmağa biz,Onun əslini də tapmaz əqlimiz.Göyün sirr pərdəsi ki, bərqərardır,Gözə görünməyən bir sirri vardır.Nə qədər oraya at çapsam da mən,Bir xəbər öyrənmək gəlmir əlimdən.Göyün lövhəsində yanır rəqəmlər,O saf ulduzları mən birər-birərNə qədər oxuyub öyrəndim, heyhat,Yenə də qəlbimi görmədim rahat.Bilirəm, yaranmış hər böyük əsərOnun qüdrətiylə açıla bilər.O şey ki, bizlərə lap aşikardır,Orda da gizli bir xəzinə vardır.Çalış, xəzinənin böyük açarıŞüşə yox, poladdan qayrılsın barı,Taki xəzinəyə çatdığın zamanSən orda zəhər yox, şərbət tapasan.Bilirsən, harda ki, bir xəzinə var,Qoynunda zəhər də, dərman da saxlar.Musa gövhər tapdı xəzinələrdə,Qarun da boğuldu ləli-gövhərdə.Arada ixtilaf, dava oldusa,Yenə Qarun öldü, qazandı Musa.Varlıq cədvəlini quran sənətkarBilinməz şeylərə çəkmişdir hasar.Ən uca nöqtəni aşarsa bir xətt,Öz əski halına meyl edər fəqət.Fikir nə zaman ki, son xəttə çatar,Dayana bilməyib geri qayıdar.Pərgar dolansa da öz dövrəsinə,Birinci nöqtəyə qayıdar yenə.Dünya dövrəsində bu həlqə ki var,Onu bu məqsədlə bağlamışdırlar.Ki, hər kəs başını çıxartsa ondan,Qapı həlqəsi tək qala sərgərdan,Əl vurma fələyin bu zəncirinə,Bil ki, bu zəncirin sonu var yenə.Baxma ki, nə höküm vermiş təbiət,Onun da bir sonu olacaq, əlbət.Bundan xaricdə də bir dərgah durur,Ağlayıb sızlamaq onun yoludur.Elə bir pərdədən nəfəs al ki, sən,Hər şey düz qurulmuş haman pərdədən.Bu yeddi fələyə nəzər yetir bir,Xəyalın rəqsinə pərdə düzəldir.Olmaz o pərdəylə səsləşmək bir az,Onu öz-özünə tanımaq olmaz.Sən haman pərdəni axtarsan əgər,Bil ki, öz pərdən də yadından gedər.Çalıb oxumaqda Barbüd olsan da,Pərdəsiz bu saza toxunma əslaPərdəsi yırtılmış xudbinlə yəqin,Dalında durma sən heç bir pərdənin.Sən də Nizami tək bir pərdə axtar,O vaxt yaxşılıqla şöhrətin artar.