O üzmək bilmirdi (он не мог плавать; bilmək — уметь; знать
). Bir-iki dəfə əl-qol atdı (пару раз: «один, два раза» руками побарахтался: «бросил»), bir neçə qurtum şor su içəndən sonra (после того, как глотнул немного соленой воды: «выпил несколько глотков соленой воды»), batmağa başladı (начал тонуть; qurtum — глоток).
O üzmək bilmirdi. Bir-iki dəfə əl-qol atdı, bir neçə qurtum şor su içəndən sonra batmağa başladı.
Bunu görən həkim əmr etdi ki (увидав это, врач приказал; görmək — видеть
), dənizə ip atsınlar (бросить в море канат: «чтобы бросили в море канат»; ip — веревка, бечевка; канат). Qul ipdən bərk-bərk yapışdı (слуга крепко ухватился за канат). Onu çəkib çıxartdılar (потащив его вытащили). Qul gəminin bir küncündə lal-dinməz oturdu (слуга молча уселся в углу корабля), sakit oldu (успокоился).
Bunu görən həkim əmr etdi ki, dənizə ip atsınlar. Qul ipdən bərk-bərk yapışdı. Onu çəkib çıxartdılar. Qul gəminin bir küncündə lal-dinməz oturdu, sakit oldu.
Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi (увлеченный пирушкой падишах не знал об этом; baş — голова; qarışmaq — вмешиваться
). Sevimli qul birdən onun yadına düşdü (неожиданно он вспомнил про любимого слугу: «любимый слуга неожиданно пришел ему на память»). Şah sorusdu (шах спросил):— Nə oldu ki, qul belə aram tapdı (что произошло, что слуга так успокоился; aram — покой, успокоение; tapmag — находить
)?
Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi. Sevimli qul birdən onun yadına düşdü. Şah sorusdu:
— Nə oldu ki, qul belə aram tapdı?
Həkim cavab verdi (врач ответил):
— Qul dəniz görməmişdi (слуга не видал/не познал моря). Gəmidəki salamatlığın qədrini bilmədiyindən (не познав/полюбив уют корабля; salamatlıq — здравствование; благополучие
), ağlayır və ah-nalə edirdi (плакал и рыдал). Dənizdə batmağın nə olduğunu görəndən sonra (увидав же, что значит потонуть в море; görmək — видеть; узнавать, познавать) gəmidə salamat oturmağın qədrini də bildi (/он/ смог полюбить и уют корабля; oturmaq — сидеть). Odur ki, belə sakit olmuş və aram tapmışdır (и вот — /он/ угомонился и нашел покой).
Həkim cavab verdi:
— Qul dəniz görməmişdi. Gəmidəki salamatlığın qədrini bilmədiyindən, ağlayır və ah-nalə edirdi. Dənizdə batmağın nə olduğunu görəndən sonra gəmidə salamat oturmağın qədrini də bildi. Odur ki, belə sakit olmuş və aram tapmışdır.
BİR DAMLA SU (одна капелька воды)
Сказку адаптировал Назим Гулиев
Xırmana od düşmüşdü (гумно загорелось: «на гумно упал огонь»; od — огонь; düşmək — падать, упасть; случиться
). Her yana səs yayıldı (слух /об этом/ прокатился повсюду; hər — каждый; yan — бок; сторона; səs — голос, звук, шум; слух, молва). Kənddə kim varsa, yanğını söndürməyə gəldi (кто есть = был в деревне, пришел тушить пожар).
Xırmana od düşmüşdü. Her yana səs yayıldı. Kənddə kim varsa, yanğını söndürməyə gəldi.
Uşaqlar, böyüklər su daşıyıb, yanğını söndürməyə calışdılar (дети, взрослые, таская воду, пытались потушить пожар). Bu vaxt bir sərçə xırmanın üzərində dövrə vurdu (в этот момент один воробышек облетел гумно: «покружил над гумном»; dövr — круг, оборот; vurmaq — ударять, бить
). Dimdiyində gətirdiyi saman cöpünü yanan xırmana atdı (бросил на горящее гумно палочку соломинки = соломинку, которую /он/ принес в клюве; dimdik — клюв).
Uşaqlar, böyüklər su daşıyıb, yanğını söndürməyə calışdılar. Bu vaxt bir sərçə xırmanın üzərində dövrə vurdu. Dimdiyində gətirdiyi saman cöpünü yanan xırmana atdı.
Kəndlilər təəccüblənib sərçədən soruşdular (деревенские жители удивившись, = с удивлением
спросили у воробышка).— Ay Sərçə, nə edirsən (эй = послушай
, воробей, что ты делаешь/творишь)? Məgər sənin atdığın çöplə yanğın böyüyər (разве = или пожар прибавится из-за соломинки, которую ты бросаешь; böyütmək — расти; увеличиваться, прибавляться)?Sərçə dedi (воробей ответил; demək — говорить, восклицать; отвечать
):— Bilirəm ki, böyüməz (знаю, что не прибавится; ki — что
), ancaq mən öz düşmənçiliyimi bildirirəm (однако в ней моя неприязнь: «однако я показываю свою неприязнь/вражду).
Kəndlilər təəccüblənib sərçədən soruşdular.
— Ay Sərçə, nə edirsən? Məgər sənin atdığın çöplə yanğın böyüyər?
Sərçə dedi:
— Bilirəm ki, böyüməz, ancaq mən öz düşmənçiliyimi bildirirəm.